Parador Ailəsinin Təşəbbüsü: Yer kürəsinin gələcəyi bizim və uşaqlarımızın əllərindədir. 
 

“Plant for the Planet” – “Planet üçün ağac ək” layihəsi qlobal iqlim dəyişikliklərinin yaxşılaşdırılması üçün uşaqlar, gənclər və yaşlılar arasında yayılan kütləvi məktəbli təşəbbüsüdür. Bu təşəbbüs  2007-ci ildə 9 yaşlı bavariyalı oğlan Feliks Finkbayner tərəfindən irəli sürülmüşdür. O, sinif yoldaşları ilə iqlimi yaxşılaşdırmaq üçün 1 milyon ağac əkməyi qarşıya məqsəd qoymuşdu. Təşəbbüsü əvvəlcə sadəcə məktəblilər dəstəkləsələr də, indi  kino ulduzlar, məşhur modellər də bu layihədə iştirak edirlər. Hazırda  məqsəd 1 trilyon ağac əkməkdir.

"Parador" şirkəti də bu layihədə iştirak edir. Hazırda dünyanın 105 ölkəsində fəaliyyət göstərən "Planet üçün ağac ək" ətrafında birləşən uşaqlarla birlikdə 99,628 ədəd ağac əkmişdir.

 “Plant for the Planet”-in böyük uşaq qrupları müəllim və valideynlərin dəstəyi ilə 1 günlük “Akademiya”-lar təşkil edirlər. Onlar ekoloji hərəkatın qeyri-formal səfirləri kimi iştirak edirlər. Onların hədəfi -  iqlimin yaxşılaşdırılmasına marağı olanları buraya cəlb  etməkdir.

Övladınızın bu "Akademiya"larda iştirak etməsini istəyirsinizsə, 1 günlük tədbirlərə onlar da qoşula bilərlər.