Bizim dəyərlərimiz


Bizim dəyərlərimiz
Biz verdiyimiz bütün qərarlarda bizə yol göstərən dəyər kompası yaratmışıq. Bu kompas "Parador" şirkətinin fəaliyyətini təyin edir və gördüyümüz işə etibar yaradır. Bu, həm şirkətimizə, həm də məhsullarımıza – aldığımız ilham və yaratdığımız dizaynlardan istifadə olunan materiallara kimi hər şeyə tətbiq olunur. Əksər insanlar məhsullarımızın ərsəyə gəlməsində əsas rolu oynayan ilhamı duyur. Buna görə də, biz yeni dizaynlar yaratmaq və etibarlı məhsullar istehsal etmək üçün böyük enerji sərf edirik. Memarlıq və interyer dizaynı dünyasından ilhamverici yeniliklər bizim məhsul tərtibatçılarımızı və dizaynerlərimizi davamlı olaraq yeni ideyalar ortaya qoymağa təşviq edir. Dizayn sənətinin tanınmış simaları ilə əməkdaşlıqda olan "Parador" şirkəti kreativ dizaynlara da yer verir. 
İstehsal prosesində mükəmməllikdə güzəştə getməməyimiz olmasaydı, "Parador" şirkətinin kreativ lider olmaq iddiası reallaşmazdı. Məhsullarımız funksional qat quruluşu və ağıllı texnologiyası ilə fərqlənir. Tələbkar müştəriləri məmnun edən və evində xoş mühit yaradan yüksək keyfiyyətli  döşəmələr və panellər hər kəsin zövqünü oxşayır.
________________________________________Fəlsəfəmiz – Keyfiyyət
"Parador" markası Almaniya və Avstriyada istehsal edilir. "Parador" - keyfiyyət deməkdir.
Bizim təcrübəmiz bu keyfiyyətin özəyini təşkil edir və təcrübəmizi bütün müvafiq sahələrdə artırmaqda davam edirik. Böyük təcrübəmiz bol çeşidli məhsullarımızda – daş işləmələrdən, dekorlarda istifadə olunan zərif parça materiallarından klassik taxta döşəmələrə kimi bütün məhsullarımızda öz əksini tapır. "Parador" şirkətinin təqribən 2000 məhsulu özündə birləşdirən portfeli çox fərqlidir. Çünki "Parador" bir-birindən fərqli, bənzərsiz, müxtəlif tərzlərdə yüksək keyfiyyətli məhsullarla zəngindir. Döşəmələrimizə qatdığımız dəyər təkcə seçim, davamlı istehsalat və mükəmməl dizaynda deyil, məhsullarımızın funksionallığında da özünü göstərir. Avtomatik keçirmə mexanizmi döşəmələrin asan şəkildə quraşdırılmasına imkan verir, eyni zamanda emal və tamamlama metodları yüksək səviyyədə möhkəmlik və davamlılığı təmin edir. Özünəməxsus aksessuarlar - misal üçün, təklif etdiyimiz geniş çeşidli döşəmə yaşmaqları – detallarda yüksək keyfiyyət standartımızın sübutudur. Keyfiyyət – bizim başlıca amalımızdır. Bunu müştərilərimiz bütün məhsullarımızda hiss edə bilər.