Dizaynerlərimiz

Ross Lovegrove


Ross Lovegrove "Parador" dizaynerlərindən biridir. O, orqanik şəkildə forma verilmiş lampa və stul kimi əşyaları ilə məşhurdur.

Ross Lovegrove  Moroso, Kartell, Driade, Cappellini, British Airways, Phillips, Apple, Luceplan, Tag Heuer, Herman Miller, Knoll International, Luis Vutton, Ceccotti, Toyo Ito Architects və Sony kimi şirkətlərlə işləyir. 
1980-ci illərin əvvəllərində "Frog Design" şirkətində (Almaniya) Sony və Apple layihələrini işləmişdir. Sonra Parijə köçmüş və ona populyarlıq gətirən "Allessandri" ofis sistemini işləmişdir. 1986-cı ildə Londonda "Studio X" adlı şirkətini yaratmışdır.

Verner Aislinger

Parador şirkətinin dizaynerlərindən biri də almaniyalı dizayner Verner Aisslinger-dir.

Verner Aisslinger ev və ofislər üçün mebel kolleksiyaları hazırlayır. Vitra, Magis, Cappelini, Zanotta, Draenert, Interlübke, Porro kimi böyük şirkətlərlə əməkdaşlıq edir. O, Mercedes-Benz, IC-Berlin, Thonet, FSB, Hugo Boss, Adidas kimi şirkətlərin dizayn və inşaat layihələrində iştirak edir.

Eyni zamanda dizayner müəllimlik fəaliyyəti ilə də məşğuldur. 1994-cü ildə Verner Aisslinger Berlin universitetində, 1997-ci ildə isə Finlandiya şəhəri Laxtidə Dizayn İnstitutunda mühazirələr oxumuşdur.

1993-cü ildə Almaniyada eksperimental dizayn, eyni zamanda dizayn-konseptlərdə yenilikçi materialların istifadəsi üzrə ixtisaslaşmış şəxsi “Studio Aisslinger” bürosunu açmışdır.

Kon­stantin Grcic

  Parador dizaynerlərindən biri

1965-ci ildə Münhendə anadan olmuşdur və bu günün ən nüfuzlu alman dizaynerlərindən biri hesab edilir. Mebel istehsalçısı sənətini öyrəndikdən sonra Londondakı Kral Kollecində təhsil almış və daha sonra Münhendə öz şəxsi dizayn firmasını təsis etmişdir. Grcic əsasən eksklüziv mebel avadanlıqları və mebel dizayn edir. O, qeyri-adi stulları və oturacaqları və eləcə də, 2001-ci ildə Nyu-Yorkdakı Müasir İncəsənət Muzeyinin daimi kolleksiyasına daxil edilən polipropilendən hazırlanmış "Mayday" adlı lampası ilə tanınır. 

Zaha Hadid

ZAHA HADID - Parador məhsullarının dizaynerlərindən biri

İraq mənşəli İngiltərə memarı Zaha Hadid avant-garde ideyaları ilə memarlıq dünyasına rəng qatır. Onun əsərlərinə İnsbruck yaxınlığında Hungerburgbahn, Roma MAXXI Muzeyi, Chanel Mobil Art Pavilion, Guangzhou Opera Binası daxildir. 2010-cu ildə TIME jurnalında "Dünyanın ən nüfuzlu 100 nəfər"i arasında yer tutub. Zaha Hadid nüfuzlu "Pritzker" mükafatını alan ilk qadındır.

Parador şirkətinin Edition 1 seriyasının "Wave" və "Krystal" məhsullarının dizaynını Zaha Hadid vermişdir.

Heydər Əliyev Mərkəzinin layihəsi də 2007-ci ildə məşhur memar Zaha Hadid tərəfindən işlənmişdir.

Hadi Teherani

İran mənşəli alman memarı və dizayneri Hadi Teherani "Parador"-un dizaynerləri sırasındadır. 1954-cü ildə Tehranda anadan olub. Sonralar Almaniyaya köçmüş və 1977-1984-cü illərdə Braunşveyq Texniki Universitetində oxumuşdur.

1990-cı ildə sərbəst karyeraya başlamışdır. 1991-ci ildə İenson Bote və Kay Rixter-lə birgə Hamburqda «BRT Architekten (Bothe Richter Teherani)» adlı memarlıq bürosu, 2003-cü ildə isə Teherani AG dizayn studiyasını açır.

O, hündür binalar, ofislər, yaşayış kompleksləri, ticarət mərkəzləri, vağzallar, dövlət müəssisələri və universitet binalarının layihələri üzərində işləyir. Sərgi stendləri və zalları, brend mağazaların dizaynı da onun maraq göstərdiyi sahələrdir.

 

Alfredo Heberli

Alfredo Heberli (Alfredo Häberli) - beynəlxalq dizaynerlərdən biri "Parador" üçün də dizaynlar hazırlayır. 1964-cü ildə Buenos-Ayresdə anadan olmuş, 1977-ci ildə valideynləri ilə Sürixə köçmüş, orada Ali Dizayn Məktəbini bitirmişdir. Dahi Akille Kastiloninin məsləhəti ilə bu sahədə təcrübəyə başlamış, 1993-cü ildə öz bürosunu açmışdır. Daha sonra Siemens şirkəti ilə müqavilə bağlamış və Nyu Yorka getmişdir. Moroso, СlassiCon, Vitra, Driade, Edra, Alias, Volvo, BMW, Kvadrat, Alias, Cappellini, Luceplan, Camper, Bd Barcelona Design kimi məşhur şirkətlər üçün işləyir.