Məşhur alman markası "Parador GmbH & Co. KG"  1977-ci ildə əsası qoyulandan bəri yüksək keyfiyyətli döşəmə və divar panelləri üzrə aparıcı istehsalçıya çevrilmişdir. Məhsul çeşidlərinə laminat döşəmə, parket və vinil - dayanıqlı döşəmə örtükləri daxildir.

Parador şirkətinin baş ofisi Almaniyanın Koesfeld şəhərində yerləşir. Məhsullar Almaniyanın Koesfeld və Avstriyanın Güssing bölgəsində istehsal olunur. Şirkətin 65 fərqli ölkədə nümayəndəliyi, 4500-dən çox ticarət tərəfdaşı vardır.

10 Fevral 2018-ci ildə Parador, rəsmi  əməkdaşlıq  əsasında  eksküziv müqavilə bağlayaraq Azərbaycanda "Studio Parador Baku" adı ilərəsmi olaraq fəaliyyətə başlamışdır.

Texnologiya, materiallar və səth örtüyü üzrə qoyulan ən yüksək tələblər şirkətin dünya miqyaslı uğuruna təminat verir. Parador qabaqcıl məhsul dizaynına görə  2007-ci ildə "Parador-Trendtime" məhsul kolleksiyasını ilk dəfə İngiltərə bazarına tanıtdı və "Flooring Industry Award" mükafatına layiq görüldü. Həmin ildə "Ən Möhtəşəm Laminat kateqoriyası" olaraq yüksək şərəf mükafatına da layiq görüldü.

Bundan başqa, Parador "Top 100 Award - 2011", "Red Dot Design Award 2009-2011", "Interior Innovation Award - 2014", "German Design Award", "İf Product Design Award - 2014", "Communication Design Award - 2013 Gold" kimi beynəlxalq mükafatlara layiq görülmüşdür.

                            

Ənənəvi taxta-şalban emalı şirkəti olan Parador təbii ehtiyatları məsuliyyətli şəkildə idarəetmə üzrə öhdəlik daşıyır və materiallar, istehsal, qablaşdırma və logistika baxımından ekoloji standartlara riayət edir. 2011-ci ildən etibarən Parador, meşə massivinin bərpa olunması və iqlim ədaləti üçün dünya miqyasında təbliğat aparan “Plant-for-the-Planet” fondunun tərəfdaşı olmuşdur. "Rolf Benz" və "Hülsta" brendləri kimi "Parador" da Hüls şirkətlər qrupuna daxildir.

1977-ci ildə əsası qoyulub >> İxrac payı: 50%-dən çox >> Kosfeld və Güssing bölgəsində əməkdaşların sayı: 550 >> 65 ölkədə dünyamiqyaslı distribusiya >> 4500-dən çox ticarət tərəfdaşı >> 2013-cü ildə konsolidə edilmiş illik satış dəyəri 140 Milyon Avro >> Əsas İnnovasiya Göstəricisi: >> Yeni Məhsul Təqdimatı: 50%