Parador hansı Sertifikatlara malikdir?


PEFC™ Beynəlxalq səviyyədə tanınmış sertifikatlaşdırma sistemi olan PEFC™ (›Taxta-şalban Məhsullarının Sertifikatlarının Təsdiqi Proqramı‹) meşə təsərrüfatının ətraf mühitə uyğun şəkildə, sosial-iqtisadi cəhətdən davamlı formada aparıldığını yoxlayır. Sistemdə əsas diqqət bitki aləminin zənginliyinin qorunması, meşələrin sağlamlığı, qorunması və bərpasına verilir.


 

FSC® (›Meşə Nəzarəti Şurası‹) sistemi taxta-şalban və meşə təsərrüfatı üzrə ümumdünya sertifikatlaşdırma sistemidir. 1993-cü ildə yaradılan qeyri-kommersiya təşkilatının sertifikatlaşdırma prosesi ətraf mühit, sosial öhdəlik və iqtisadiyyatın əsas sahələrini əhatə edir. Bu sistemin məqsədi gələcək nəsillərin ehtiyaclarını da nəzərə almaqla meşələrdən hazırki ehtiyacları qarşılamaq üçün səmərəli istifadə etməkdir.


Der Blaue Engel”Der Blaue Engel” [Mavi Mələk] sistemi dünyada məhsul və xidmətlər üzrə ilk və ən qədim ətraf mühit nişanıdır. Bu sistem 1978-ci ildə yaradılıb və hazırda Almaniya Federativ Respublikasının Daxili İşlər Nazirliyi, Ətraf Mühit üzrə Federal Agentlik, RAL GmbH və ›Eco-label Jury‹ tərəfindən təqdim edilir.


 

 

TÜV Rhein­land AG şirkəti Kölndə yaradılmış beynəlxalq, müstəqil təftiş xidmətlərini təmin edən şirkətdir. Onun test nişanı xüsusi eyniləşdirmə nömrəsi ilə tamamlanır və bu nömrəni hər kəs şirkətin veb saytında görə bilər. Bu nömrə müvafiq sertifikatın təfərrüatlarını özündə əks etdirir. Misal üçün, 00000 39917 nömrəli test bölməsindən Parador şirkətinin döşəmələri haqqında məlumat əldə edə bilərsiniz. Bu bölmədə keyfiyyət, istehsalat və funksionallıq üzrə hansı sertifikatlarla hansı məhsulların test edildiyi və testdən keçdiyi barədə məlumat vardır.


 

“LGA Qualitätszertifikat” – “LGA tested Quality” (LGA Keyfiyyət Testi) sertifikatı TÜV Rheinland şirkəti tərəfindən təqdim olunur. Bu sertifikat məhsulun hər tərəfli, uzun müddətli keyfiyyətinin və təhlükəsizliyinin test edildiyini göstərir. “LGA tested Quality” sertifikatı müəyyən məhsul xüsusiyyətləri ilə əlaqədar məhsul üzərində aparılan testlərə aiddir. Misal üçün, zərərli maddələr üzrə LGA testi sertifikatı məhsuldan ətrafa buraxılan zərərli maddələrin az olduğunu göstərir.


“Parador” şirkəti tikinti sektorunda daha güclü fəaliyyət üçün iki əməkdaş təşkilatın – Institut für Bauen und Umwelt e.V. (IBU) və EPLF (Avropa Laminat Döşəmə İstehsalçıları Birliyi)  təşkilatının tələblərini yerinə yetirir. EPLF (Avropa Laminat Döşəmə İstehsalçıları Birliyi)  və İBU arasındakı əməkdaşlıq laminat döşəmələr üçün EPD (Environmental Product Declarations) – Ətraf Mühit Məhsulları haqqında bəyannamələrin yazılması ilə başlanmışdır.  EPD (Environmental Product Declarations-Ətraf Mühit Məhsulları haqqında bəyannamələr) tikinti materiallarının ekoloji aspektləri barədə bəyannamələri təmin edir və memarlar tərəfindən binaların dayanıqlılığını qiymətləndirmək üçün istifadə olunur.


Real Wood (Həqiqi Ağac)Bu keyfiyyət nişanına sahib döşəmə örtüyünün həqiqi ağacdan hazırlandığına zəmanət verilir. Avropa Parket Sənayesi Federasiyası (FEP) buna zəmanət verir. Bu əmtəə nişanı “Orijinal məhsulları müəyyənləşdirməyi asanlaşdırmaq” üçün Avropada 1 avqust 2006-cı ildə təqdim edilmişdir.


Émissions dans l’air intérieur – Ekoloji Təmizlik Nişanı olan Fransız serifikatı. Tikinti və interyerin təchiz edilməsi üçün hazırlanan materiallar  1 yanvar 2012-ci il tarixindən etibarən  ətrafa yayılan zərərli maddələrə görə müəyyənləşdirilib təsnifatlandırılmalıdır. Bunu 25 mart 2011-ci il tarixində dərc edilən 2011-321 saylı Qərar tələb edir.  “Parador”un A+ kateqoriyasına daxil olan “Eco Balance PUR” seriyasından olan möhkəm döşəmə örtükləri ətrafa buraxdığı zərərəli maddələr minimum dərəcədədir.


 

M1 Emis­sion class for build­ing ma­ter­ial Tikinti materialları üçün M1 Emissiya sinfi bütün materiallarda, hətta taxta materiallarında belə müəyyən qədər emissiya vardır. Tikinti materialları üçün emissiya sinfi evin içindəki havanın keyfiyyətini nəzərə alaraq istifadə olunan materiallar üzrə emissiya tələbatlarını göstərir. Belə ki, misal üçün, Eco Balance PUR seriyasına aid olan M1 sinfində emissiyalar aşağı olur. Əksər İnteryer dizaynerlər, mühəndislər, memarlar layihələri üçün material seçəndə M1 sinfinə aid məhsullara üstünlük verir.