Eco Balance seriyasından olan laminat və parket  məhsulları və Eco Balance PUR seriyasından olan müxəlif möhkəm döşəmə örtükləri ekoloji cəhətdən təmiz istehsalat prosesi ilə innovativliyi birləşdirir.


Meşələr həyat üçün – bəşəriyyət, heyvanlar və bitkilər üçün əhəmiyyətlidir. Ona görə də, bu spesifik yaşayış məskənini gələcək nəsillər üçün qoruyub saxlamaq həyati əhəmiyyət daşıyır.


Parador şirkəti olaraq biz, işlənmiş taxta döşəmələrlə bu missiyanı yüksək səviyyədə yerinə yetiririk. Zavodlarımızda biz eyni material keyfiyyətinə sahib daha az ağac materialından istifadə etməklə əvvəlkindən daha çox resursu qoruya bilirik. Bundan əlavə, biz məhsullarımızı Avstriyanın Qüssinq şəhərində istehsal edirik və bu şəhər “Ekoloji Məkkə” adlandırılır, çünki ərazisində biokütlə elektrik stansiyasının vasitəsilə müstəqil enerji vadisi yaradılmışdır.

Bizim yaşıl su elektrik enerjisi ilə işləyən ağac emalı zavodumuzdan alınan bütün tullantı materiallarından əlavə hər gün elektrik stansiyasında əlli ton ağac buxarlandırılır. Bu yolla Qüssinq ərazisində istifadə edilə biləcək enerjidən daha çox istilik elektrik enerjisi əldə edilir. Hətta gələcəkdə biodizelin əldə edilməsi gözlənilir. Elektrik stansiyası işlədiyi zaman atmosferə biokütləni təşkil edən ağaclar böyüdükcə fotosintez vasitəsilə atmosferdən aldıqları qədər karbon qazı (CO2) buraxır. Buna görə də, “ağac yetişdirmə və ağac yandırma” dövriyyəsi xüsusilə karbon qazı (CO2) cəhətdən neytraldır.
Parador şirkəti olaraq biz, insanların Eco Balance siyasəti barədə düşüncələrinə və onunla bağlı davranışlarına müsbət təsir yarada bilməkdən məmnuniyyət hissi duyuruq. Parador şirkətində - meşə təsərrüfatındakı tərəfdaşlarımız və bütöv istehsalat prosesindən məhsulların qablaşdırılması kimi detallara qədər bütün aspektlərdə sahibkarlıq ruhu və ekoloji tarazlıq birləşir.
.